Əsrlər boyu Azərbaycanın şimal-şərq hissəsi Avropa və Yaxın Şərq arasında qapı funksiyasını yerinə yetirib.
Burada – möhtəşəm Qafqaz Dağlarının kölgəsində kəşf edilməmiş gözəlliklər gizlənir.
Qədim buzlaqlar, dərin dərələr, heyrətamiz dağ gölləri və kanyonlar, bitki və heyvanlar aləminin ekoloji xəzinəsi… Bu, bütün cəh-cəlalı ilə Şahdağdır!
İl boyu idmanla məşğul olmaq və istirahət etmək üçün çox əlverişli iqlimi olan Şahdağın -20°C soyuq qışı +20°C isti yay axşamları ilə əvəzlənir.
Bu müqayisə olunmaz məkanda regionun ən böyük xizək kurortu, dünyanın isə ən böyük milli parklarından biri yerləşir.
Heyrətamiz dərəcədə gözəl, sanki zamandan gizlədilmiş cənnət olan Şahdağ insanlara unudulmayacaq təəssüratlar bağışlayır.
Dağ Silsilələri
Böyük Qafqaz dağ silsiləsinin zirvələrindən biri sayılan Şahdağ dağı Rusiya ilə sərhədə yaxın olan Qusar rayonu ərazisində yerləşir. Şahdağ zirvəsinin hündürlüyü dəniz səviyyəsindən 4,243 m-dir.
Zirvə ilk dəfə 1892-ci ildə rus alpinist və topoqrafı Andrey Pastuxov tərəfindən fəth olunmuşdur. Burada 9000 il əvvəl yaşayış olduğunu sübut edən qədim insan məskənləri tapılmışdır.
Yüksəklik fərqləri
- 1.435-2.351 m
Sərnişin tutumu
- 15000 xizəkçi / saat
Xizək sahəsi
- 108 Ha
- 23 km
15 Lift
- 2 nəfərlik Gondola
- 3 nəfərlik ayrılan tutacaqlar
- 4 oturacaqlı sabit tutacaqlar
- 2 Platter Lift
- 5 Sehirli Xalça
17 Yamac
- 5 yaşıl yamac (asan səviyyə)
- 7 mavi yamac (çətin səviyyə)
- 3 qırmızı yamac (çox çətin səviyyə)
- 2 qara yamac (ekspert səviyyəsi)
Xizək məktəbi
Milli və beynəlxalq təlimatçıları olan 2 xizək və dağ məktəbi var
- Zirve Hotel
- Shahdag Hotel & Spa
- Pik Palace
Uşaq Klubu
Uşaq bağçası / Uşaq klubu
- Zirve Hotel
- Shahdag Hotel & Spa
- Park Chalet
Xilasetmə və tibbi xidmət
Bütün yamaclarda xilasetmə xidməti və Zirvə otelində tibb mərkəzi fəaliyyət göstərir
Qış əyləncələri
Segway, Snowmobile, Zipline, Uşaqlar üçün Quads və s.
Mağaza və Kirayə
- Zirve Hotel
- Shahdag Hotel & Spa
- Pik Palace Hotel
Otellər
Shahdag Turizm Mərkəzində mövcud olan çarpayı sayı:
- Shahdag Hotel & Spa (346 çarpayı)
- Zirve Hotel (86 çarpayı)
- Gaya Residences (53 çarpayı)
- Pik Palace (334 çarpayı)
- Park Chalet (328 çarpayı)
Cəmi: 1.147 çarpayı
Restoranlar
20 Restoran, kafe və barlar:
- Zirve Hotel: Lezzet, Rahat Bar, Nefes Barbeque, Zirve Bar, Tez Bazar, Hot Liquid, Scalini Pizzeria
- Shahdag Hotel & Spa: Miras Restaurant, Xezine Bar, Menzere Bar & Restaurant, Ovdan Spa Bar
- Pik Palace: Scalini Restoranı, Alpina Brasserie və Şərab Barı, Şokolad
- Park Chalet: Aspen Grill, Lounge və Bar və Mocco Cafe
- Şahdağ 2351 Restoranı
SPA və Wellness
3 SPA, Sağlamlıq və Fitnes Mərkəzləri:
- Shahdag Hotel & Spa: Ovdan & Fitness Center (3.000 m2)
- Pik Palace: SPA, Fitnes Mərkəzi (1.700 m2)
- Park Chalet: SPA, Fitnes Mərkəzi (543 m2)
Konfrans Mərkəzləri
3 Konfrans Mərkəzi yerləşir:
- Shahdag Hotel & Spa
- Zirvə Hotel
- Pik Palace
Avtomobil dayanacağı
7 avtomobil dayanacağı var:
- Xarici dayanacaq – Welcome Plaza
- Zirve Hotel
- Shahdag Hotel & Spa
- Şahdağ otelinin plazası
- Pik Palace
- Park Chalet
- Qondolanın qarşısında yerləşən avtomobil dayanacağı