Xüsusilə balaca macəraçılar üçün!
Əgər siz artıq dörd yaşından böyüksünüzsə və əylənmək üçün enerji və həvəsiniz çoxdursa, bu kirşələr sizin üçündür. Kirşədən bərk yapışın və uşaqlar üçün ayrılmış xüsusi ərazidə əyləncədən həzz alın. Övladlarının kirşədə sürüşdüyünü müşahidə edən valideynlər bir anlıq da olsa, öz uşaqlıqlarına geri dönəcəklər.