a cute kitten

Shahdag Coaster

Şahdağın möhtəşəm mənzərəsi, Qafqaz yamacında həyəcan verici sürət, sərt döngələr, eniş və yoxuşlar üzərində uçuş! 

Bütün bunları "Shahdag Coaster"də yaşaya bilərsiz. Adrenalin dolu  atraksionun marşrut uzunluğu 2590 m-dir. Onlardan 920 m - qalxma zollaqları, 1670 m isə - enmə zolaqları təşkil edir. 2 nəfərlik kirşələr 10 saniyəlik intervallar ilə tək-tək yürüşə buraxılır.Maksimal sürəti 42 km/saat-a qədər qalxan kirşələrin əyləc qolları da mövcuddur ki, bu da yürüşünüzün tam sizin nəzarətinizdə olmasına şərait yaradır. Atrkasionun marşrutu 9 ədəd kəskin döngədən ibarətdir. Onlardan biri – 3 mərtəbəli digəri isə – 1 mərtəbəli virajdır. Yaş məhdudiyyəti qoyulmayan və tam təhlükəsiz olan atraksion hər kəsə uyğundur.


Qiymət:

1 nəfər - 25 AZN (əlavə adam - 15 AZN)


Bilet satış mərkəzləri

  • Zirve  - 10:00 - 18:30
  • Şahdağ - 11:00 - 18:00

Əyləncələrin fəaliyyət vaxtları

  • Zirve  - 10:00 - 19:00
  • Şahdağ - 11:00 - 18:15


Bu necə hissdir?