Piyadalar üçün kanat yolları

Mərkəzimizdə 5 müxtəlif növdə toplam 15 ədəd lift vardır. Qonaqlarımız “Mono-gondola”, “Carpet”, “Detachable”, “Non-detachable” və “Bugel” kimi növlərdən istifadə edə bilərlər. Bu liftlər quruluşuna və oturacaq sayına görə fərqlənsə də, təhlükəsizlik, rahatlıq onların ümumi cəhətidir. Şahdağın möhtəşəm mənzərəli yüksəkliklərini kanatdan seyd edərkən yaddaşdan silə bilməyəcəyiniz yüksək səviyyəli istirahət yaşayacaqsınız. Qondola qonaqları "2351" adlı Azərbaycanın ən yüksək restoranına aparır.


İş saatları: 09:00 - 17:00

Bu necə hissdir?