Shahdag Coaster

Qusarın möhtəşəm mənzərəsi ilə əhatə olunmuş Qafqaz yamacında həyəcan verici sürət, sıx dönüşlərdə yarışma, çuxurlar və dalğalar üzərində uçuş! 

"Şahdağ Coaster" əyləncəli atraksionun marşrut uzunluğu 2590 m, onlardan 920 m - qalxma zollaqları, 1670 m isə -enmə zolaqları təşkil edir. 2 nəfərlik kirşələr 10 saniyəlik intervallar ilə tək-tək yürüşə buraxılır. Kirşənin sürəti 42 km/saat-a qədər qalxa bilər, kirşələrin əyləc qolları da mövcuddur. Yürüşünüz tam sizin nəzarətinizdə olacaq. “Alpine Coaster” atrkasionun marşrutu 9 ədəd kəskin döngədən ibarətdir, onlardan biri – 3 mərtəbəli virajdır, biri isə – 1 mərtəbəli virajdır. Bu atraksion hər kəsə uyğundur, yaş məhdudiyyəti yoxdur və tam təhlükəsizdir. 

Həmçinin bu unudulmaz təcrübənizdən sizə xatirə də qalacaq, çünki biz sizi düşmə zolaqlarının ekstrimal döngələrində 2-3 ədəd foto şəkil təqdim edəcəyik.


Qiymət:

- 1 nəfər - 20₼ 

- 2 nəfər - 35₼ 


İş saatları:

09:00 - 17:00