a cute kitten

Xizəksürmə

"Şahdağ" Turizm Mərkəzi xizək sürməyə yeni başlamağınızdan və ya təcrübəli xizəkçi olmağınızdan asılı olmayaraq bu ekstrimal idman növündən zövq almanız üçün müxtəlif təkliflər təqdim edir. Siz mərkəzimizdə fəaliyyət göstərən xizək mağazasından ən müasir ləvazimatları satın ala və ya icarəyə götürə bilərsiniz. Mağazamızda çalışan mehriban personalımız sizə xizəksürmə bacarığınızdan asılı olmayaraq bu əyləncəli idman növünü sevməniz üçün faydalı məsləhətlərini verəcək.Xizək məktəbimizdə çalışan peşəkar təlimatçılar öz təcrübəsini yeni başlayanlarla bölüşəcək, daha təcrübəli xizəkçilər isə bacarıqlarını artırmaq üçün təlimatçıların və bələdçilərin xidmətlərindən faydalanacaqlar. Burada həm fərdi, həm də qrup şəklində dərslər təşkil edilir. Biz qabaqcıl qar hazırlama texnologiyasının köməyi ilə mövsüm boyu mövcud olan müxtəlif çətinlikli xizək enişlərini hazır vəziyyətdə saxlayırıq. Ən müasir liftlərimiz isə yamacların zirvələrinə maneəsiz çıxışı təmin edir. 


Əgər xizək avadanlığının icarəsi ilə maraqlanırsınızsa, Xizək avadanlığının icarəsi səhifəsinə daxil olun.

Xizək / Snoubord məktəbiZirve Hotel, Shahdag Hotel & Spa, Pik Palace


İş saatları: 09:00 - 16:30

Bu necə hissdir?