a cute kitten

“YAŞAT” Fondunun təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin övladları üçün 1-ci intellektual marafona start verilib.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan layihə 16-21 yaş aralığında olan 50-yə yaxın şəhid övladını əhatə edir.


Şahdağ Turizm Mərkəzinin,  “PAŞA Techonology” MMC-nin və Dünya Türk Biznes Şurasının (DTİK) dəstəyi ilə keçirilən marafonun əsas məqsədi iştirakçıların asudə vaxtlarının səmərəli təşkili təmin etmək, onların intellektual inkişafı, yeni bilik və bacarıqlar əldə etmələrinə  töhfə verməkdir.


Açılış mərasimində çıxış edən “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov şəhid övladları üçün bu səpkili tədbirlərin əhəmiyyətli olduğunu, onların müxtəlif peşələr üzrə savadlı kadr kimi formalaşmasında mühüm rol oynadığını  diqqətə çatdırıb. 


 20 aprel tarixinədək davam edəcək marafon müddətində iştirakçılar üçün  müxtəlif intellektual oyunlar, bilik yarışları, əyləncə və konsert proqramları təşkil ediləcək, həmçinin müxtəlif hədiyyə və mükafatlarla təltif olunacaqlar.