a cute kitten

“Şahdağ” Turizm Mərkəzinin bir qrup əməkdaşı "Heydər zirvəsi"nə yürüş edib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə “Şahdağ” Turizm Mərkəzinin bir qrup əməkdaşı dahi liderin adını daşıyan, Şahdağ Milli Parkının ərazisində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş təşkil edib.

Yürüş iştirakçıları əvvəlcədən müəyyənləşdirilmiş marşrut əsasında, xüsusi bələdçinin müşayiəti ilə zirvəyə qalxaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib, dövlət bayrağını dalğalandırıblar.