a cute kitten

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Şahdağ Turizm Mərkəzinin Vətən müharibəsində iştirak edən əməkdaşları ilə görüşdü.

Qusar, 24 Yanvar 2021-ci il

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Şahdağ Turizm Mərkəzinin Vətən müharibəsində iştirak edən əməkdaşları ilə görüşdü.

Vətən müharibəsində iştirak edən Şahdağ Turizm Mərkəzinin əməkdaşları vətən qarşısında borclarını şərəflə yerinə yetirərək iş yerinə qayıdıblar. Onlar mərkəzin kollektivi tərəfindən böyük coşqu ilə qarşılanıblar. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Silahlı Qüvvələrimizin sıralarına qoşularaq tarixi Zəfərimizin qazanılmasına töhfələrini verən əməkdaşlara öz təşəkkürlərini və xoş arzularını çatdırıb.

Fuad Nağıyev bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti və rəhbərliyi ilə Azərbaycan Ordusu dünya hərb tarixinə əbədi həkk olunan böyük zəfər çaldı. Erməni işğalçıları məhv edildi, doğma torpaqlarımız 44 gün ərzində azad olundu. 

Görüşün sonunda Vətən müharibəsi iştirakçılarına Dövlət Turizm Agentliyi sədri tərəfindən Fəxri Fərman təqdim olunub, birlikdə xətirə şəkli çəkildi. 

2009-cu ildə təməli qoyulan Şahdağ Turizm Mərkəzi Qusar rayonunda, Şahdağ Milli Parkının yaxınlığında yerləşir. Mərkəz ölkənin ilk dağ kurortu və ən böyük turizm obyektidir. Ərazisində üçü 5, biri isə 4 ulduzlu olmaqla dörd otel, 20-ə yaxın kanat xətti, restoranlar, idman əyəncələri, kinoteatr, gecə klubu, oyun zalları və qonaqların istirahətinin maraqlı keçməsi üçün müxtəlif bölmələr mövcuddur. 

Ətraflı məlumat üçün:

Email: [email protected]

Tel: 012 1110