“Anım Günü” ərəfəsində “Qarabağ İtkin Ailələri” ictimai Birliyinin təşkilatçılığı, “Şahdağ" Turizm Mərkəzi və Milli QHT Forumunun dəstəyi ilə 1-ci Qarabağ müharibəsi
zamanı itkin düşən şəhidlərimizin xatirəsinə həsr olunan tədbir təşkil edilib.
Tədbirin keçirilməsinin məqsədi 1-ci Qarabağ münaqişəsi zamanı itkin düşən şəhidlərimizin xatirəsini ehtiramla yad etmək və onların ailələrinə mənəvi dəstək olmaqdır.
Tədbirdə itgin düşmüş şəhidlərimizin 50-ə yaxın ailə üzvü iştirak edib.
Tədbir çərçivəsində itkin düşən şəhidlərimizin ailə üzvlərinin asudə vaxtlarının xoş keçirmələri üçün kompleks ərazisinə ekskursiya təşkil olunub, atraksionlardan və kanat xətlərindən istifadə imkanı yaradılıb.




