a cute kitten

İNSAN RESURSLARI ÜZRƏ MÜTƏXƏSSİS

Şahdağ Turizm Mərkəzi QSC İnsan Resursları üzrə Mütəxəssis vakansiyasına namizədlərin qəbulunu elan edir. 


İşin təsviri 


• Qanunvericiliyə uyğun olaraq əmək müqavilələrinin bağlanması, dəyişikliklərin edilməsi, xitam verilməsinin rəsmiləşdirilməsi; elektron portala işlənməsi;

• Məzuniyyət verilməsinin uçotunu aparmaq, işçilərin məzuniyyətlərini istifadə etməsini təmin etmək;

• Davamiyyət cədvəllərində və iş qrafiklərində edilən dəyişiklikləri müntəzəm olaraq sistemdə yeniləmək;

• İş saatlarının və davamiyyət cədvəllərinin qeydə alınmasına dair hesabatların hazırlanması ;

• Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək;

• İnsan resursları departamentinə aid hesabatların tərtib və təqdim edilməsi.


Tələblər


• Ali təhsil ;

• AR Əmək qanunvericiliyi biliyi;

• Ms Office (Outlook, MS Word, Excel) proqramlarını yüksək səviyyədə bilməli;

• Müvafiq sahədə 5 ildən artıq iş təcrübəsi;

• Azərbaycan dilini əla səviyyədə bilməli, Rus və İngilis dillərini bilməsi arzuolunandır; 


Əlavə imtiyazlar


Yerləşdirmə, korporativ nömrə və otelin təklif etdiyi əyləncələrdən istifadə. 


Necə müraciət etmək olar?


Maraqlanan namizədlərdən aşağıdakı ərizə formasını doldurmaları və ya  CV-ləri "İnsan resursları üzrə Mütəxəssis" başlığı altında [email protected] ünvanına göndərmələri xahiş olunur. İşə qəbul prosesinin sonrakı mərhələlərinə yalnız seçilmiş namizədlər dəvət ediləcəkdir.


Application Form
  • Name
  • Surname
  • Contact number
  • Email address