Yaponiyalı peşəkar idmançılar xizəksevərlərə Şahdağda xizək və snoubord üzrə master-klass keçiblər

“Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı və Qış İdman Növləri Federasiyasının və Yaponiyanın Azərbayandakı səfirliyinin dəstəyi ilə xizək idmanı ilə məşğul olanlar üçün ilk dəfə olaraq xizək fristaylının “mogul” növü üzrə master-klass keçirilib.

Təlimin keçirilməsinin məqsədi Azərbaycanda qiş idman növlərini təşviq etmək, xizək fristaylının “mogul” növünü Azərbaycanda tanıtmaq, yerli idmançıların və mütəxəssislərin hazırlanmasına dəstək olmaqdır.

Şahdağ” Turizm Mərkəzində baş tutan təlim çərçivəsində Yaponiyadan olan olimpiyaçılar və mütəxəssislər xizəksevərlərə və həmçinin yerli xizək təlimçilərinə bu idman növünün incəliklərini və qaydalarını nümayiş etdiriblər.

Tədbirdə qonaq qismində Yaponiyanın Azərbaycanakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada da iştirak edib.

Qeyd edək ki, xizək fristaylının “mogul” növü 1988-ci ildən Qış Olimpiya Oyunlarına rəsmi idman növü kimi daxil edilib. Olimpiadada ekstremal idman növlərindən biri sayılan fristaylın bu növündən başqa akrabatika, ski-cross, xafpayp, sloupstayl və bigeyr kimi növləri də mövcuddur.


https://youtu.be/U2_ZLX-YTCg?si=k6mGD5FyBbXx7czW 

https://youtu.be/b3fKOw05ARw?si=Ve-WQ9l2z-U-vK3o 

https://youtu.be/iLk71qmfWBE?si=z-89-tgvAb9fXilm 

https://youtu.be/msQDYJ5dl64?si=UwplkSMC8U0HYFLD 

https://youtu.be/EaiVJuj3OrI?si=GVHn78EW4eSKQyS1