Şəhid ailələri “Şahdağ” Turizm Mərkəzinin qonağı olublar

Dekabrın 26-da Dövlət Turizm Agentliyinin tabeliyindəki "Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı və "Fire Land Production"nın dəstəyi ilə Quba, Qusar və Xaçmaz rayonlarından olan Vətən müharibəsi şəhidlərinin ailə üzvləri üçün tədbir təşkil edilib.


Sosialyönümlü tədbirdə 50-dən çox  şəhid ailəsinin  üzvü iştirak edib. 


Tədbir çərçivəsində şəhid ailələri üçün Kompleks ərazisinə ekskursiya təşkil edilib, müxtəlif atraksionlardan, kanat xətlərindən istifadə imkanı yaradılıb, təlimçilər tərəfindən xizəksürmə vərdişləri və texnikası öyrədilib, musiqili-əyləncəli proqramlar təşkil edilib.


Tədbirin keçirilməsinin əsas məqsədi 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütovlüyü, müstəqilliyi və  suverenliyi uğrunda canlarını qurban verən qəhrəmanların bizlərə əmanəti olan övladlarını sevgi və qayğı ilə əhatə etmək, diqqət və qayğıdan kənar saxlamamaq, onlara xoş və maraqlı günlər bəxş etməkdir. 


Qeyd edək ki, 2024-cü ildə "Şahdağ” Turizm Mərkəzi tərəfindən bu tipli dörd tədbirin təşkil olunması nəzərdə tutulub.