“Şahdağ” Turizm Mərkəzi “Beynəlxalq Dağçılığın İnkişafı Sərgisi”də iştirak edib.

“Şahdağ” Turizm Mərkəzi Fransanın Grenoble şəhərinin Alpexpo mərkəzində təşkil edilən “Beynəlxalq Dağçılığın İnkişafı Sərgisi”də (İnternational Mountain Development Fair) iştirak edib.


Mərkəzin sədri Rüstəm Nəcəfovun rəhbərlik etdiyi nümayəndə heyəti sərgi çərçivəsində beynəlxalq dağ kurortlarının və ”Şahdağ”la  əməkdaşlıq edən şirkətlərin nümayəndələri ilə işgüzar görüşlər keçirib, birgə iş birliyi  müzakirə olunub, eləcə də sərgi iştirakçılarına ”Şahdağ”ın potensialı,yenilikləri haqqında ətraflı məlumat verilib.


Görüşdə nümayəndə heyəti  həmçinin sərgidə təqdim olunan dağçılıq və xizəkçilik məhsulları ilə tanış olub, yeni şirkətlərlə əməkdaşlıq əlaqələrinin formalaşdırılması istiqamətində fikir mübadiləsi aparıb.