a cute kitten

Həvəskar xizəkçilər arasında Heydər Əliyev Kuboku keçirilib


Fevralın 10-da Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə həvəskar xizəkçilər arasında Heydər Əliyev Kuboku təşkil edilib.

Yarışın keçirilməsinin əsas məqsədi ölkədə qış idman növlərini təşviq etmək, insanlar arasında xizək idman növlərinə marağı artırmaq, həmçin mərkəzin beynəlxalq yarışların keçirilməsi istiqamətində təcrübəsini genişləndirməkdir.

İdman tədbirində öncədən qeydiyyatdan keçən, 6 müxtəlif yaş kateqoriyası üzrə 60-a yaxın həvəskar idmançı xizək yarışının “Slalom Gigant” növü üzrə birincilik uğrunda mübarizə aparıblar.


Yarışın nəticələri:

18-25 yaş kişilər arasında:

I yer - Ramiz Ağayev (Azərbaycan)

II yer - Cəmil Qarayev (Azərbaycan)

III yer - Arif Aşurbəyov (Azərbaycan)

26-45 yaş qadınlar arasında:

I yer - Anna Vəliyeva (Azərbaycan)

II yer - Günay Abdullayeva (Azərbaycan)

26-45 yaş kişilər arasında:

I yer - Rəşad Mədətov (Azərbaycan)

II yer - Amil Abdullayev (Azərbaycan)

III yer - Emin Rəsulov (Azərbaycan)

46+ yaş qadınlar arasında:

I yer - Mona Krems (Almaniya)

46+ yaş kişilər arasında:

I yer - Nikolay Podbireznikov (Rusiya Federasiyası)

II yer - Sergey Zavidov (Rusiya Federasiyası)

III yer - Vladimer Severen (Rusiya Federasiyası)


Yarışın sonunda qaliblər “Şahdağ” Turizm Mərkəzi və Qış İdman Növləri Federasiyası tərəfindən medallar və diplomlarla təltif olunub, o cümlədən onlara müxtəlif həvəsləndirici hədiyyələr verilib.

Qaliblərə mükafatları Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev, ”Şahdağ” Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfov və Federasiyanın Baş Katibi Günel Bədəlova təqdim edib.

Qeyd edək ki, Heydər Əliyev Kuboku fevralın 17-də böyüklər və uşaqlar arasında snoubord üzrə, 24 fevralda isə uşaqlar arasında xizək üzrə davam etdiriləcək.


https://bakusport.az/az/qis-idmani/14212/sahdada-kecirilen-heyder-eliyev-kubokunun-qalibleri-mukafatlandirilib/

https://report.az/ferdi/sahdag-da-heyder-eliyev-kuboku-teskil-edilib/

https://report.az/ferdi/sahdag-da-kecirilen-heyder-eliyev-kubokunun-qalibleri-mukafatlandirilib/

https://azertag.az/xeber/heveskar_xizekchiler_arasinda__quotheyder_eliyev_kuboku_quotna_start_verilib-2917219

https://azertag.az/xeber/rustem_necefov_yarisin_meqsedi_azerbaycanda_qis_idman_novlerini_inkisaf_etdirmekdir-2917222

https://azertag.az/xeber/sahdagda_kechirilen__quotheyder_eliyev_kuboku_quot_turnirinin_qalibleri_melum_olub-2917618

https://www.football-plus.az/54341-qis-idman-novlerini-inkisaf-etdirmek-yolunda-novbeti-addim.html

https://www.football-plus.az/54344-heyder-eliyev-kuboku-turnirine-yekun-vuruldu.html

https://estafet.az/az/news/id-15631

https://innews.media/az/news/id-25623

https://azadmedia.az/idman/91889-hvskar-xizkcilr-arasnda-heydr-liyev-kuboku-kecirilib.html

https://apasport.az/azerbaycan/heveskar-xizekciler-arasinda-heyder-eliyev-kuboku-kecirilib-199467

https://haqqin.az/news/307927

https://az.trend.az/azerbaijan/sports/3860743.html

https://news.day.az/azerinews/1636397.html

https://insanoid.com/sahdagda-heydar-eliyev-kuboku-ugrunda-yaris-kecirilib/

https://mediasport.az/sahdagda-heyder-eliyev-kubokunun-qalibleri-mukafatlandirilib

https://www.idman.biz/az/news/winter-sports/17325

https://www.ocaqnews.com/sav/say523467/%C5%9Eahda%C4%9Fda-Heyd%C9%99r-%C6%8Fliyev-Kuboku-t%C9%99%C5%9Fkil-edilib

 

https://www.youtube.com/watch?v=5qOxY6Y-MXQ&t=6s

https://www.youtube.com/watch?v=TuTiVgWoheU

https://www.youtube.com/watch?v=yXnrRJqNacM

https://www.youtube.com/watch?v=PGDKz8H5ptU

https://www.youtube.com/watch?v=sqNdfwrNikE&t=1s

https://www.youtube.com/watch?v=spH6qEl7vDM&t=3s

https://www.youtube.com/watch?v=Rm956WgYRvs