a cute kitten

ABAD” “food truck”-ı Şahdağda

Artıq  Şahdağ Turizm Mərkəzində “Good Food by ABAD” “food truck”-ı xizək trassasından enən qonaqları keyfiyyətli xidməti ilə qarşılayır.

Müasir zamanda ən cəlbedici və istehlakçıya daha əlçatan qida satışı məkanlarından biri də “food truck”-dir. Münasib qiymətə şəhər ətrafında sərbəst hərəkət edən və ən çox ehtiyac duyulan yerlərdə qapılarını öz müştərilərinə açan orijinal mobil qoşqular müasir dövrün ən vacib tələblərindən biridir.

“Food truck” nəqliyyat vasitəsi və mətbəxin vəhdətidir. ABŞ-da 19-cu əsrdə yaranan bu sənaye son zamanlar Azərbaycanda da böyük rəğbət qazanır. Vətəndaşlarımız, xarici turistlər və qonaqlar bir sıra hallarda milli mətbəximizin zəngin təamları ilə yanaşı “fast food”, yəni tez hazırlanan, qısa zaman ərzində istehlak olunan və keyfiyyətli qida axtarışında olur.

Belə bir xidmət göstərən, “ABAD” publik hüquqi şəxsin layihəsi olan “Good Food by ABAD”a məxsus orijinal “Food truck”-lərdən biri də “Şahdağ Turizm Mərkəzi”ndə də fəaliyyətə başlayıb. Dağ-xizək kurortunda kanatla zirvəyə qalxmış qonaqlar üçün dönər, burger, şaurma, çörəkarası balıq kimi qida məhsulları, alkoqolsuz soyuq və isti içkilər təklif olunur.

2016-ci ilin sentyabrın 23-də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əiyevin sərəncamı ilə yaradılmış “ABAD” – Ailə Biznesinə ASAN Dəstək publik hüquqi şəxs Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) tabeliyində fəaliyyət göstərir. “ABAD” kiçik və orta sahibkarlığın, eləcə də ailə biznesinin inkişafına xidmət edən, maraqlı ideyalara həyat verən innovativ təşəbbüsdür. 

Bu layihə fərdi ideyaların gerçəkləşməsinə yardım edir. Bu iş biznes-planın hazırlanmasından başlayır. Bundan başqa dəstək proqramına marketinq, brendinq, dizayn, logistika, maliyyə-mühasibat, hüquqi yardım, qablaşdırma, daşınma, satış və s. xidmətlər aiddir. “ABAD” sahibkar olmaq istəyən insanlara “ideyadan rəflərə” yanaşması ilə dəstək göstərən yeni sosial-iqtisadi təşviq mexanizmidir.

Qurumun dəstək göstərdiyi sahələrdən biri də dekorativ-tətbiqi xalq sənətkarlığıdır. Azərbaycanın xalq sənət növlərinin yenidən diqqət mərkəzinə gətirilməsində “ABAD”ın xüsusi əməyi var. Tarixin səhifələrinə düşməkdə olan sənət sahələri ilə məşğul olan ABADçılara dəstək verilib. Bununla da xalq sənətkarlığı növlərimizin inkişafı, təbliği, eyni zamanda qorunması istiqamətində böyük tədbirlər görülür.