a cute kitten

Sərhədsiz xizək macərası

2025–2026 qış mövsümündə EAGK kurortlarının mövsümi ski-pass sahibləri Azərbaycan, Qazaxıstan, Özbəkistan və Rusiya kurortlarında xizək sürə biləcəklər. Aksiya şərtlərinə əməl edildiyi halda, hər bir tərəfdaş kurortda 5 günədək pulsuz ski-pass təqdim olunacaq.

Əsas məlumat

Dövr: 2025–2026 qış mövsümü.

Təşkilatçılar: Şahdağ və Avrasiya Dağ Kurortları Alyansının (EAGK) üzvü olan kurortlar.

Aksiyanın mahiyyəti: EAGK kurortlarından birində alınmış mövsümi ski-pass sahibləri digər tərəfdaş kurortların hər birində 5 günədək pulsuz ski-pass əldə edə biləcəklər.

İştirakçı kurortlar: Şahdağ (Azərbaycan), Rosa Xutor (Rusiya), Şımbulak, Oy-Qarağay (Qazaxıstan) və Amirsay (Özbəkistan).

İştirak şərti: tərəfdaş kurortun otellərində və ya onun tövsiyə etdiyi yerləşmə vasitələrində qalmaq.

Mövsümi ski-pass yuxarıda qeyd olunan istənilən kurortdan əldə edilə bilər.

Bu necə hissdir?