Vəzifə öhdəlikləri:
· Maliyyə əməliyyatlarının düzgün və vaxtında ERP sistemində qeydiyyatı;
· Müştərilər üzrə debitor borcların ERP sistemində dəqiq və tam qeydiyyatı;
· İnvois, e-qaimə və aktların vaxtında hazırlanması və müvafiq tərəfə təqdim olunması;
· Daxil olan ödənişlərin gündəlik olaraq ERP sistemində qeydiyyatı;
· Aylıq, rüblük və illik debitor hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
· Mühasibatlıq sənədlərinin düzgün saxlanması, rəsmiləşdirilməsi və müəyyən edilmiş qaydada arxivləşdirilməsi;
· Debitorlarla hesablaşmaların izlənməsi, aylıq ödənişlərin vaxtında icrasının təmin edilməsi və debitor qalıqlarının yoxlanılması;
· Maliyyə proseslərinin optimallaşdırılması və şirkət daxili komanda ilə koordinasiyalı iş aparmaq.
Tələblər:
· Ali təhsil (Mühasibatlıq, Maliyyə və ya əlaqəli sahələr);
· Mühasibatlıq sahəsində minimum 1 il təcrübə;
· ERP, E-Taxes, 1C və digər mühasibatlıq platformalarında iş təcrübəsi;
· Yüksək diqqət, detallara önəm vermək və analitik düşünmə bacarığı;
· Komanda ilə əməkdaşlıq və müstəqil qərar vermək bacarığı;
· Azərbaycan dili; İngilis və Rus dili bilikləri üstünlükdür.
Biz nə təklif edirik:
· Əmək Məcəlləsinə uyğun rəsmi sənədləşmə;
· Həftədə 5 günlük iş qrafiki, 09:00–18:00;
· Əmək haqqı - Müsahibə əsasında;
· Nahar şirkət tərəfindən təmin olunur;
· Bakıdan qəbul olunacaq namizədlər üçün yerləşmə və servis xidməti təmin olunur;
· Şirkət daxili əlavə benefits;
· Müasir iş mühiti və professional inkişaf imkanları.
Tələblərə uyğun olduğunuzu düşünürsünüzsə, CV-nizi cv@shahdag.az
ünvanına göndərin və növbəti karyera addımınızı bizimlə atın!




