Shahdag Hotel & SPA

İl boyu fəaliyyət göstərir

172 Otaq
344 Yataq

Zərif ehtişam

"Sahdag Hotel & Spa" zərif ehtişamı və yüksək qonaqpərvərlik nümunəsini özündə təcəssüm etdirir. Hotelin ən müasir interyer vəyüksək keyfiyyətli rahatlıq vəd edən geniş və gözəl otaqları xoş istirahət keçirmək üçün ideal məkandır. Hotel müasir lüks standartlarla milli koloritin mükəmməl ahəngini təşkiledir. Hotel il boyu qonaqların xidmətindədir.


Otaqlar

Shahdag Hotel & Spa 172 nömrə təklif edir, o cümlədən:

✓ Deluxe King / Superior Twin

✓ Junior Suite

✓ King Suite

✓ Executive Suite və Presidential Suite


Restoranlar

Klassik üslubda tərtib edilmiş ənənəvi "Miras" restoranı qonaqlarına zəngin səhər yeməyi ilə yanaşı nahar və şam yeməyi də təklif edir. Ruhunuzu dinlətmək, yorğunluğunuzu aradan qaldırmaq istəyirsinizsə "Mənzərə" restoranı tam sizin üçündür. Buranın unikal terrası sizə və əzizlərinizə xüsusi atmosfer bəxş edəcək. "Xezine" bar, hotelin lobbisinə baxır və qonaqlara xoş anlar bəxş edir. 


Ovdan Spa

Azərbaycanda ən böyük Spa mərkəzi olan "Ovdan Spa"nı ziyarət etmək fürsətini qaçırmayın. “Ovdan Spa” “Shahdag Hotel & Spa” hotelinin gözəl və ayrılmaz bir hissəsidir. 3000 kvadrat metr sahəsi olan “Ovdan Spa” mərkəzində, xüsusi ixtisaslaşmış personalımız türk və fin hamamlarının buxarından istifadə edərək müxtəlif növdə hidromasajlar, terapiyalar və masaj xidmətləri təqdim edir.


Konfranslar və tədbirlər

Shahdag Hotel & Spa - da 4 iclas zalı və 1 banket zalı mövcuddur. Banket zalının 120 nəfərə qədər tutumu var.

Xidmətlər

Mənzərə
Yamaclara çıxış
Terras
Restoranlar
Bar
Kofe maşını
Otaq xidməti
Konfrans otağları
Spa
Qapalı hovuz
Idman zalı
Camaşırxana
Seyf
TV
Wi-Fi
Lift
Kompleksdə transfer
Sifariş ilə transfer
Parkinq
Rezervasiya edin

Və ya rezervasiya üçün sorğunuzu bizə göndərin. Tezliklə sizinlə əlaqə saxlayacağıq.