a cute kitten

Qarsıxıcı maşında gəzinti

Qarsıxıcı maşınlarımız ilə təşkil olunan turlarımızda iştirak edərək Şahdağ kurortunda möcüzələr dünyasına qərq olun. Qarsıxıcı maşınlarımızın isti salonlarında əyləşərək  böyük zəhmət tələb edən yamacların hazırlanması prosesində iştirak edin. Zirvəyə qalxdıqca göz oxşayan mənzərələrdən həzz alın. Burada siz möhtəşəm mənzərəni seyr etməklə yanaşı, bizim peşəkar heyətimizi də iş başında görəcəksiniz.  Bu, qışın sehrini sizə yaşadan, xatirələrinizdə silinməz iz buraxan unudulmaz təcrübə olacaq.
 

Qiymət:

30 dəqiqə (6+ yaş) - 45 ₼ 

1 saat - 75 ₼ 


İş saatları: 09:00 - 17:00

Bu necə hissdir?