Gaya Residences Shahdag

Növbəti açılış: 15 iyun, 2024

18 Otaq
36 Yataq

Evinizdən uzaq yerləşən eviniz...

“Gaya Residences Shahdag” hotel-rezidensiyası  nəzakətli və qayğıkeş xidmət, mehriban və rahat atmosfer təklif edir. Hotel ev rahatlığını qiymətləndirən qonaqlar üçün xüsusi olaraq dizayn edilib. “Gaya Residences Shahdag” hər istəyə və şərtə uyğun yaşayış imkanlarını təklif edir. Şəhərin səs-küyündən uzaq, ailələrin evlərində dincələ biləcəyi, özlərini tam rahat hiss edəcəyi bir məkandır.


Azərbaycanın dağlarında yerləşən ailə üçün ilk apart-hotel

✓ Mənzərəli geniş terrasda səhər yeməyi 

✓ Dağlarda yerləşən terraslı bar

✓ Şəxsi parkinq 

✓ Qonaqlar üçün "shuttle" xidməti


Otaqlar

“Gaya Residences Shahdag”da ailələr üçün 18 geniş və rahat otaq vardır. Bütün otaqlar balkon və ya terras ilə təmin olunub və heyrətamiz dağ mənzərəsinə malikdir. “Gaya Residences Shahdag” komfortlu yataq otaqları, mətbəx sahəsi və qonaq otaqları ilə bütün ailəniz üçün rahatlıq hissi yaradır. Ümumilikdə burda 5 otaq kateqoriyası mövcuddur:

✓ Studio Room

✓ One - Bedroom Apartment

✓ Two - Bedroom Apartment

✓ Deluxe Two - Bedroom Apartment

✓ Two - Bedroom Suite


Restoranlar

Müasir ab-hava, ətrafdakı dağların möhtəşəm mənzərəsi və ləziz yeməklər - bütün bunlar bizim “Alov” restoranımıza aiddir. Bağçaya baxan panoramik pəncərələr restoranı işıqla doldurur. İsti mövsümlərdə “Alov” restoranının açıq havada yerləşən füsunkar mənzərəli terrası da qonaqların xidmətindədir. “Küləkli” rooftop lounge bar dağ mənzərələrindən  həzz alaraq, işləyərək və ya sevimli kitabınızı oxuyaraq kokteyllərdən, şərablardan, kofelərdən və qəlyanaltılardan ləzzətlə dada biləcəyiniz möhtəşəm bir məkandır. “Küləkli”nin rahat interyeri, təbiətə baxan günəş çarpayıları və yemək sahəsi olan möhtəşəm günəşli dam terrası ilə tamamlanır.

Xidmətlər

Mənzərə
Otağda mətbəx
Terras
Yamaclara yaxın
Kofe maşını
Restoran
Bar
Otaq xidməti
Camaşırxana
TV
Wi-Fi
Lift
Kompleksdə transfer
Sifariş ilə transfer
Parkinq
Rezervasiya edin

Və ya rezervasiya üçün sorğunuzu bizə göndərin. Tezliklə sizinlə əlaqə saxlayacağıq.