a cute kitten

MARKETİNQ MÜTƏXƏSSİSİ

ŞİRKƏT: “Şahdağ Turizm Mərkəzi” QSC

VƏZİFƏ: Marketinq departamentinin mütəxəssisi

İŞ YERİ -  Şahdağ Turizm Mərkəzi, KP29 Qusar – Ləzə yolu


İşin təsviri:

• Media və ictimaiyyətlə əlaqələrin idarə olunması;

• Marketinq məqsədilə istifadə olunacaq məzmunların hazırlanması;

• Email marketinqi, sosial media, rəqəmsal marketinq kampaniyaları kimi marketinq fəaliyyətlərinin idarə olunması və inkişaf etdirilməsi;

• Promo və çap materiallarının hazırlanması;

• Bazar araşdırması, yeni trendlərin müəyyənləşdirilməsi və onlara uyğun fəaliyyət planlarının hazırlanması;

• Strateji marketinq təşəbbüslərinin planlanması və həyata keçirilməsi üçün digər daxili komandalarla (əməliyyat departamentləri, satış və s.) sıx əməkdaşlıq;

• Kampaniyaların planlanması və fəaliyyətinin səmərəliliyinin təhlil edilməsi və bu barədə hesabatların hazırlanması;

• Yaradıcı və texniki məzmunların yazılması, yoxlanılması və redaktə edilməsi;

• Marketinq proqramlarını icra etmək üçün agentliklər və təchizatçılarla əməkdaşlıq edilməsi.


Tələblər:

• Azərbaycan, İngilis, və Rus dilləri üzrə mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları;

• Marketinq, Biznesin idarə olunması, Jurnalistika və ya Filologiya üzrə bakalavr dərəcəsi;

• Marketinq, Kommunikasiya və ya əlaqədar sahələrdə 1-3 illik təcrübə;

• Sosial media və rəqəmsal marketinq sahəsində yüksək biliklər;

• Detallara diqqət yetirərək məzmunu yaratmaq və redaktə etmək bacarığı;

• Bir neçə tapşırığı parallel olaraq planlamaq və icra etmək (multitasking) və taym menecment, tapşırıqları prioritetləşdirmək bacarıqları;

• Yüksək nizam-intizamlı və detallara xüsusi diqqət yetirmə bacarığı.


Şəxsi keyfiyyətlər:

• Komandada işləyə bilmək;

• Məsuliyyətli;

• Yaradıcı;

• Biznes etikasına haqqında məlumatlı;

• Öyrənməyə həvəsli;

• Həll yönümlü;

• Etibarlı;

• İntizamlı;

• Dürüst.


Necə müraciət etmək olar?


Maraqlanan namizədlərdən aşağıdakı ərizə formasını doldurmaları xahiş olunur. İşə qəbul prosesinin sonrakı mərhələlərinə yalnız seçilmiş namizədlər dəvət ediləcəkdir.



Müraciət formu
  • Adınız
  • Soyadınız
  • Elaqe nömreniz
  • Email ünvanınız