a cute kitten

DEBİTOR VƏ KREDİTOR HESABLAŞMALARI ÜZRƏ MÜHASİB

"Şahdağ Turizm Mərkəzi" QSC “Debitor və kreditor hesablaşmaları üzrə mühasib” vakansiyası üzrə namizədlərin seçimini elan edir.    


Namizədə tələblər:

- Təhsil: Maliyyə sahəsi üzrə ali ixtisas təhsili;

- Təcrübə: Maliyyə-mühasibat işi üzrə 3 ildən az olmayaraq iş stajı;

- Kompyuter biliyi: Word, Excel, 1C, Materials Control (MC), İscala və s maliyyə proqramları;

- Mövcud qanunvericiliyi bilməlidir;

- Yerləşdirmə (Mehmanxana) Sənayesi üçün Vahid Hesablama Sistemi (USALI) biliyi arzuolunandır;

- ACCA F3, F7 və ya bunlara ekvivalent olan beynəlxalq sertifikatlara malik olması üstünlükdür;

- Dil biliyi: Azərbaycan, Rus, İngilis.

- Beynəlxalq otellər brendində min 2 il müvafiq sahə üzrə iş təcrübəsi (illik 20+ milyon sənəd dövriyyəsi) arzuolunandır.



Əlavə imtiyazlar:

Yerləşdirmə, korporativ nömrə və otelin təklif etdiyi əyləncələrdən istifadə. Şirkət Qusar rayonu ərazisində yerləşdiyi üçün Qusar və ətraf bölgələrdən olan namizədlərə üstünlük veriləcəkdir.


Müraciət üçün CV-ləri " Debitor və kreditor hesablaşmaları üzrə mühasib " başlığı altında [email protected] email ünvanına göndərə və ya aşağıdakı forumu doldura bilərsiniz. 


Müraciət formu
  • Adınız
  • Soyadınız
  • Elaqe nömreniz
  • Email ünvanınız